EN RU
Ana səhifə Haqqımızda Həkimlər Şöbələr Blog Əlaqə
+994 12 464 55 55
Ana səhifə Xidmətlərimiz Nevrologiya

Nevrologiya nədir?

Nevrologiya, mərkəzi və periferik sinir sistemi xəstəlikləri haqqında elmin bir sahəsidir. Bu sahə, nevroloji xəstəliklərin səbəbləri, mexanizmləri, əlamətləri, diaqnostika yolları, müalicəsi, həmçinin proflaktikası ilə məşğul olur.
Nevrologiya tibbin digər sahələri, neyrocərrahiyyə, oftalmologiya, otolarinqologiya, endokrinologiya, psixiatriya və s. bölmələrlə birbaşa əlaqəlidir. Ümumiyyətlə, orqanizmdə gedən istənilən patoloji dəyişikliklər sinir sistemini müəyyən dərəcədə zədələyir. Həkim-nevropatoloqun əsas vəzifəsi sinir sisteminin birincili və ya ikincili zədələnməsini aşkar etməkdir.

Hansı hallarda nevropatoloqa müraciət edək?

Başağrıları və başgicəllənmələr;

Səbəbsiz halsızlıq, ətraflarda keylik hissi, digər hissi pozulmalar;

Əzələ qüvvəsinin azalması;

Yerişin dəyişməsi, müvazinət pozğunluğu;

Ətraflarda qeyri-ixtiyari hərəkətlər, əsmələr;

Huşun itməsi və qıcolmalar;

İkigörmə

Həkimlərimiz