Otorinolarinqoloq
Təhsil:
2003-2009-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsini bitirib.
2009-2013-cü illərdə Ukrayna Tibb Akademiyasında klinik ordinaturada olmuşdur.
Orada LOR ixtisası üzrə ixtisas təhsili almışdır..
Təcrübə:
2012-ci ildən etibarən əmək fəaliyyətinə başlamışdır.
Əvvəlcə İmişli Rayon Mərkəzi Xəstəxanasında çalışmıdır.
Daha sonra Şirvan şəhər Diaqnostika Mərkəzində işləmişdir.
Şirvan şəhər Diaqnostika Mərkəzində çalışdığı müddət ərzində eyni zamanda Bakıda bir sıra özəl klinikalarda da işləmişdir
2019-cu ildə peşəkar fəaliyyətini Bakı şəhərində davam etdirmişdir.
Bakıda Stimul Hospitalda, Ankara Medical Centerdə, Turan Klinikasında, Buta klinikasında, Respublika Müalicə Diaqnostika Mərkəzində, Kəpəz Klinikasında fəaliyyət göstərmişdir.
Hal-hazırda fəaliyyətini Harmony health Hospitalda davam elətdirir.
Konfranslar:
Doktor Natiq Qarayev əmək fəaliyyətinə başladığı dövrdən etibarən çoxlıu sayda elmi-praktik konfranslarda, ixtisasartırma təlimlərində, master klasslarda iştirak edir.
2014-cü ildə Türkiyədə İstanbulda ok Meydanı Eğitim Araştırma Hastanesində 1 ay təkmilləşdirmə kursunda olmuşdur.
Daha sonra İstanbulda All in one Rhinoplasy devizi altında keçirilən konfranslarda dəfələrlə iştirak etmişdir.
Türkiyənin paytaxtı Ankara şəhərində Professor doktor Eren Taştanın yanında 4-5 dəfə Felllowship progrmaında olub, təkmillədirmə təhsili almışdır.
2021-ci ildə Rusiya Federasiyasının Krasnodar şəhərində Rinoplastika üzrə konfrans və ixtisas təlimində iştirak etmişdir.
Hər il Tükiyədə Türk Qulaq-Burun-Boğaz Dərnəyinin təşkil etdiyi konfranslarda iştirak edir.
Üzv olduğu tibbi assosiasiyalar.
Doktor Natiq Qarayev Azərbaycan Otorinolarinqoloqlar Cəmiyyətinin,
Azərbaycan Rinoloqlar Cəmiyyətinin,
Türk Qulaq-Burun-Boğaz Dərnəyinin və
Türk Üz-Plastik Dərnəyinin üzvüdür.
İcra etdiyi əməliyyatlar:
Cərrahiyyə
Rinoplastika
Septoplastika
Adenoektomiya
Tonzilektomiya
Konxotemiya
Endoskopik sinus cərrahiyyəsi (FESS)