Otorinolarinqoloq
Təhsil:
2001-2007-ci ildə Fərid Əliyev Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakultəsini bitirmişdir.
2007-2009-cu illər ərzində Ukrayna Respublikasınıın Kiyev şəhəri P.L.Şupik adına beynəlxalq tibb akedmiyasını kliniki ordinatura kursu keçmişdir.
Təcrübə:
2010-cu ildə Abşeron rayon Mərkəzi xəstəxanasında Qulaq-Burun-Boğaz şöbəsinin müdiri təyin olunmuşdur.
Bununla yanaşı Turan Klinikası, Vital klinikası,
Azer Türk Med hospital,
Baku Medical Plaza
Real hospital da fəaliyyət göstərmişdir.
Hal-hazırda Harmony Health Hospitalda otorinolarinqoloq kimi fəaliyyət göstərir.
Konfranslar:
2011-ci ilin 31 yanvar və 28 fevral tarixləri ərzində Fərid Əliyev Türkiyə Cumhuriyyətinin Ankara şəhərinin Dış Kapı Yıldırım Beyazit adına eğitim və araşdırma hastanesində Qulaq-Burun-Boğaz şöbəsində təkmilləşmə kursu keçmişdir.
2015-ci ilin Sentyabr ayında Fərid Əliyev Türkiyə Cumhurriyyəti Amerikan Hastanesində məşhur Rinoplastik cərrah Barış Çakırın “Fellowship Programı” çərçivəsində təkmilləşmə kursu keçmişdir.
2016-cı ilin yanvar ayında Fərid Əliyev yenidən Amerikan Hastanesində Süreyya Şeneldir-in Ri̇noplasti̇ka (Burun Estetiki) təkmilləşmə programı çərçivəsində təkmilləşmə kursu keçmişdir.
2017-ci ilin 31 mart və 1 aprel tarixlərində Fərid Əliyev Amerikan Hastanesində “Rinoplasty School”-un təşkil etdiyi beynəlxalq Rinoplastika (Burun Estetiki) konfransında iştirak etmişdir.
2017-ci il 2 və 4 iyun tarixlərində Fərid Əliyev “Rhinoplasty İstanbul Workshop” beynəlxalq Rinoplastika (Burun Estetiki) konfransından iştirak etmişdir.
2017-ci il Sentyabr ayında doktor Fərid Əliyev Türkiyə Cumhurriyətinin İstanbul şəhəri Acibadem Hastanesində Rinoplastika (Burun Estetiki) üzrə təkmilləşmə kursu keçmişdir.
2018-ci ildə Yanvar ayında Fərid Əliyev Türkiyə Cumhirriyətinin İstanbul şəhəri Acibadem Hastanesində (“Qapalı” və ya başqa adla “Karma”) Rinoplastika (Burun Estetiki) üzrə təkmilləşmə kursu keçmişdir.
2018 ci ilin mart ayında “Rinoplasty School” -un təşkil etdiyi beynəlxalq Rinoplastika (Burun Estetiki) konfransında iştirak etmişdir.
İcra etdiyi əməliyyatlar:
Cərrahiyyə
Rinoplastika
Septoplastika
Adenoektomiya
Tonzilektomiya
Konxotemiya
Endoskopik sinus cərrahiyyəsi (FESS)